Bizimkilərin ayağı türklərə düşmədi

Bizimkilərin ayağı türklərə düşmədi
Türkiyənin PTT 1-ci liqasında 2013/14 mövsümü başa çatdı. Mövsümün nəticələrinə əsasən aşağı liqaya 4 komanda yuvarlandı.
Maraqlıdı ki, bu 4 komandadan 3-də bu il bizim futbolçular da çıxış edib. Belə ki, aşağı liqaya yuvarlananlardan "Fəthiyespor", "Tavşanlı Linyitspor" və "Kahramanmaraşspor"da futbolçularımız oynayıb. Yalnız "1461 Trabzon"da təmsilçimiz olmayıb.
"Fəthiyespor"da Davud Kərimi oynayırdı. Lakin qapıçı PTT 1-ci liqada debüt edə bilməyib. Əksər oyunda ehtiyatda qalan Davud "Fəthiyespor"dakı yeganə oyununu kubokda keçirib və 90 dəqiqə oynayıb.
Usim Nduka və Andrey Popoviç ilk yarıda "Tavşanlı Linyitspor"un formasını geyinib. Nduka liqada 13 oyuna çıxaraq 1130 dəqiqə oynayıb. O, 2 kubok matçında da 151 dəqiqə forma geyinib. Popoviç isə yalnız bir kubok oyununda 120 dəqiqə mübarizə apara bilib.
"Kahramanmaraşspor"da isə Fərid Quliyevlə Murad Axundzadə top qovub. Fərid 3 oyunda 29 dəqiqə oynaya bilibsə, Murad debüt etməyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər