Türkiyənin "Qaziantep BB" klubu növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, 3 futbolçumuzun çıxış etdiyi komanda Super Liqa təmçilçisi "Kasımpaşa" ilə qarşılaşıb.
"Qaziantep BB" 0:1 hesablı məğlubiyyətə üzülüb. Baş məşqçi Nurullah Sağlam Vaqif Cavadovla Ufuk Budaka start heyətində şans verib. Rəhman Hacıyev isə ikinci yarıda meydana çıxıb.
Qeyd edək ki, Vaqiflə Ufuk A millimizin, Rəhman isə U-21-in təlim-məşq toplanışına çağırılıb.
Fanat.az