Bizimkilər Almaniyada: kim nə qədər oynadı?

Bizimkilər Almaniyada: kim nə qədər oynadı?
Almaniya liqalarında mövsüm başa çatıb. Fanat.az bu ölkədə oynayan futbolçularımızın statistikasını təqdim edir.
Almaniya çempionatlarında milli komandalarımızın (A milli və U-21) 6 milliləşdirilmiş üzvü çıxış edib. Onlardan ikisi daha yüksək liqada top qovub. Belə ki, Foqtsun A milliyə yenicə dəvət etdiyi Dmitri Nazarov və bir müddətdi yığmamızın formasını geyinən Tuğrul Erat II Bundesliqada forma geyinib.
Dmitri Nazarov "Karlsruher"də çıxış edib. O, mövsüm ərzində 27 oyuna çıxıb və 6 qol vurub. Bir oyunda meydandan qovulan Dmitri 3 sarı vərəqə alıb. Onun komandası mövsümü 5-ci pillədə bitirib.
Tuğrul Erat mövsümə "Fortuna"nın Regional Liqada çıxış edən U-23 komandasında başlayıb. Bu komandanın heyətində 16 oyuna çıxan futbolçumuz 4 qola imza atıb. Daha sonra A komandasına yüksələn yarımmüdafiəçi tezliklə əsas oyunçulardan birinə çevirilib. Burda 12 oyuna çıxan Tuğrul 2 qola imza atıb. Mövsümün sonunda ağır zədə alan futbolçu son 6 matçı buraxmalı olub. "Fortuna" 34 oyunda 50 xal toplayaraq 6-cı pilləni tutub.
Daha 4 futbolçumuz Regional Liqada top qovub. Onlardan ən uğurlusu 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Umut Sönmez olub. "Memmingen"in formasını geyinən futbolçu 30 oyunda 10 qola imza atıb.
Ali Gökdemir mövsümün ilk yarısını "Hannover 96"nın U-23 komandasında, ikinci yarısını Türkiyənin "Elağızspor" klubunda keçirib. Almaniyada 15 oyuna çıxan futbolçumuz 2 qol vurub.
U-21-in üzvü, Berti Foqtsun bir dəfə A milliyə də dəvət etdiyi Taşkın İlter "Ayntraxt"ın U-23 komandasının formasını geyinib. Bir müddət zədəli olan yarımmüdafiəçi cəmi 11 oyunda meydana çıxıb və 864 dəqiqə oynayıb.
Əsas millimizin hücumçusu Rüfət Dadaşov isə "Kayzerslautern II"nin uğurları üçün çalışıb. Əsas heyət oyunçusuna çevirilə bilməyən futbolçu 23 oyunda cəmi 483 dəqiqə oynayıb və 5 qol vurub.

1

2

3

4

5

6

7

Dmitri Nazarov

Karlsruher

27

1172

6

3

1

Tuğrul Erat

Fortuna

12

1008

2

1

0

Umut Sönmez

Memmingen

30

2337

10

1

0

Tuğrul Erat

Fortuna II

16

1317

4

2

0

Ali Gökdemir

Hannover II

15

1133

2

3

1

Taşkın İlter

Ayntraxt II

11

864

0

0

0

Rüfət Dadaşov

Kayzerslautern II

23

483

5

1

0

1 – futbolçu, 2 – klubu, 3 – oyun, 4 – dəqiqə, 5 – qol, 6 – sarı, 7 - qırmızı

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər