Rəşad Sadiqovu "Xəzər Lənkəran"a verən "Neftçi" daha bir aparıcı futbolçusunu itirə bilər. Fanat.az xəbər verir ki, Bruno Bertuççinin komandanı tərk etməsi gözlənidir.
Belə ki, ona Braziliyanın A Seriyası klublarından biri təklif göndərib. "Neftçi" isə futbolçusuna danışıqlar aparmaq icazəsi verib. Hazırda Braziliyada olan Bertuççi həmin klubla danışıqlar aparır. "Neftçi"nin istədiyi məbləğ ödənsə, futbolçu komandanı tərk edəcək.
Fanat.az