"ABŞ tərəfinə bu oyuna görə təşəkkürümü bildirirəm. Bizim gənc komandamız üçün bu oyun təcrübə toplamaq baxımından vacib idi. Rəqib komandanın heyətində əsl ustalar var. Belə oyun keçirmək şansı əldə etdiyimizə görə sevinməliyik". Fanat.az azerisport.az saytına istinadən xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Alman çalışdırıcı ilk 70 dəqiqədə yaxşı oynadıqlarını deyib: "70 dəqiqə yaxşı oynadıq. Amma ondan sonra bəzi futbolçular yoruldu. Bəzi futbolçuları müxtəlif mövqelərdə yoxladım. Şadam ki, belə bir fürsət əldə edə bildim. Bizim heç də vacib olmayan iki səhvimiz oldu ki, məhz bu üzdən məğlub olduq".
Foqts yığmada debüt edən Dmitri Nazarov haqda danışıb: "O, universal oyunçudu. Bu futbolçuya komandaya uyğunlaşması üçün vaxt lazımdı. Onun bugünkü oyunundan razı qaldım. Abdulla Abatsiyevlə İlkin Qırtımovdan da razı qaldım. Amma Pərdis Fərcad-Azadın oyunu məni məyus etdi".
Baş məşqçi Rəşad Sadıqovun yoxluğunda müdafiənin pis oynamadağını bildirib: "Mənə elə gəlir ki, müdafiə xətti onsuz pis oynamadı. İlk dəqiqələrdə müəyyən çətinlik çəkdikləri hiss olunsa da, sonradan təzyiqi üzərlərindən ata bildilər. Mən təkcə müdafiədə səhv etdiyimiz üçün uduzduğumuza dair fikirlərlə razı deyiləm. Yarımmüdafiədəki səhvlər də sözünü dedi. Futbol komanda oyunudu".
Fanat.az