"Milan"ın prezidenti Silvio Berluskoni İtaliya çempionatının startı öncəsi futbolçularla görüşüb. Fanat.az xəbər verir ki, italyan maqnat futbolun dəyişdiyini bildirib.
O, bunu ərəb şeyxləri ilə əlaqələndirib: "Şeyxlərlə ayaqlaşa bilmirik. Ancaq mümkünsüz heç nə yoxdu. Sizi dəstəkləyəcəyəm. istədiyim də odu ki, Filippo İndzaginin taktikasına uyğun oynayasınız. Gözəl oyun sərgiləyin, ən yaxşısı açıq futbol oynamaqdı. "Milan"ı həm meydanda, həm də kənarda layiqincə təmsil etməlisiniz".
Qeyd edək ki, A Seriyasının ilk turunda "Milan" "Latsio"nu qəbul edəcək. Qarşılaşma avqustun 31-də baş tutacaq.
Fanat.az