Bayramov türk klubundan müharibəyə görə ayrılıb?

Bayramov türk klubundan müharibəyə görə ayrılıb?
"Giresun İşıq" qəzeti "Giresunspor"la müqaviləsini pozan Kamal Bayramovla bağlı yazı dərc edib. Fanat.az xəbər verir ki, qəzet qolkiperin Türkiyəni tərk etməsini maraqlı səbəblə izah edib.
İddia olunub ki, Kamal "Giresunspor"dan Azərbaycan - Ermənistan müharibəsi yenidən alovlandığı üçün ayrılıb. Guya qapıçı belə bir məqamda ailəsinin yanında olmaq üçün bu addımı atıb. "Azərbaycanla Ermənistan arasında müharibə gedir. Belə bir məqamda vətənimi və ailəmi yalnız buraxmaq mənə yaraşmaz" deyə qolkiper bildirib.
Qəzetə açıqlama verən Bayramov "Giresunspor"u çox sevdiyini söyləyib: "Heç bir şey məni bu sevgidən döndərə bilməz. "Giresunspor" böyük bir klubdu və böyük bir prezidenti var. Komandanı Super Liqada görmək istəyirəm. İnşallah, qarşıdakı mövsümdə bunu bacararsınız. "Giresunspor"u həmişə izləyəcəm. Her zaman "Giresunspor"un yanında olacağam".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər