“Balotelli nə vaxtdan ulduz olub?”

“Balotelli nə vaxtdan ulduz olub?”

Yaxın keçmişin tanınmış futbolçularından olan Alessandro Kostakurta “Milian” və İtaliya yığmasının forvardı Mario Balotellini dünya səviyyəli oyunçu saymadığını açıqlayıb. Fanat.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Kostakurta bunları deyib:

“Balotelli nə vaxtdan ulduz olub? Məncə o, ulduz deyil. Çalışsa yaxşı oyunçu ola bilər. Amma dünya səviyyəli futbolçuya çevriləcəyinə inanmıram. “Milan” bunu anlamalı və ümidini Marioya bağlamamalıdı”.

Xatırladaq ki, “Milan” Çempionlar Liqasının son oyununda Madrid “Atletiko”suna 1:4 hesabıyla uduzub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər