"Sumqayıt" Premyer Liqanın XXVIII turunda AZAL-ı qəbul edəcək. Fanat.az xəbər verir ki, bu tərəflər arasında çempionatdakı 12-ci qarşılaşma olacaq.
AZAL indiyədək sumqayıtlıları 4 dəfə məğlub edib. "Sumqayıt" isə 2 dəfə 3 xala sevinib. 5 qarşılaşmada tərəflər meydandan 1 xalla ayrılıb. Top fərqində də "təyyarəçilər" öndədi - 12:17.
“Sumqayıt” son 7 qarşılaşmada rəqibinə qalib gələ bilməyib. Bakılılar ardıcıl iki səfərdə qol da buraxmayıb. Son yarım ildəki 2 matçda isə bərabərlik qeydə alınıb.
| 30.10.2011 | Sumqayıt Şəhər - AZAL (Bakı) | 2:1 |
| 07.03.2012 | AZAL (Bakı) - Sumqayıt | 6:3 |
| 08.04.2012 | AZAL (Bakı) – Sumqayıt | 1:1 |
| 06.05.2012 | Sumqayıt - AZAL (Bakı) | 1:0 |
| 04.08.2012 | Sumqayıt - AZAL (Bakı) | 2:2 |
| 25.11.2012 | AZAL (Bakı) - Sumqayıt | 1:1 |
| 14.04.2013 | Sumqayıt - AZAL (Bakı) | 0:2 |
| 08.05.2013 | AZAL (Bakı) - Sumqayıt | 1:0 |
| 23.08.2013 | AZAL (Bakı) - Sumqayıt | 1:0 |
| 03.11.2013 | Sumqayıt - AZAL (Bakı) | 0:0 |
| 08.02.2014 | AZAL (Bakı) - Sumqayıt | 2:2 |
Fanat.az