AZAL ciddi problemlə üzləşib. Fanat.az xəbər verir ki, paytaxt klubunun heyətlə bağlı problemləri var.
Belə ki, 6 futbolçu qarşıdakı "Bakı" matçını buraxmalı olacaq. Cavid Tağıyev, Orxan Həsənov, Laşa Kasradze və Samuel Barlay zədə səbəbindən kənarda qalacaq. Kərim Diniyevlə Murad Ağayev isə son turda qırmızı vərəqə aldıqlarından oynaya bilməyəcəklər.
Xüsusən də Cavid, Kərim və Muradın yoxluğu Tərlan Əhmədov üçün ciddi problemdi. Çünki bu futbolçulardan yaş limitində istifadə olunurdu.
Fanat.az