Avro-2020-nin ev sahiblərinin elan olunacağı tarix açıqlandı

Avro-2020-nin ev sahiblərinin elan olunacağı tarix açıqlandı
UEFA AVRO-2020-nin final mərhələsini qəbul edəcək şəhərlərin adını açıqlayacağı tarixi elan edib. Fanat.az xəbər verir ki, sözügedən yarışı qəbul edəcək 13 şəhərin adı sentyabrın 19-u, UEFA İcraiyyə Komitəsinin Cenevrə şəhərində keçiriləcək iclasında elan olunacaq.
 
Xatırladaq ki, yarışa 19 ölkə namizəddi ki, onların sırasında da Bakı ilə təmsil olunan Azərbaycan da var. Ümumilikdə, namizəd ölkələr bunlardır: Azərbaycan (Bakı), Rusiya (Sankt-Peterburq), Belarus (Minsk), Belçika (Brüssel), Bolqarıstan (Sofiya), Danimarka (Kopenhagen), Şotlandiya (Qlazqo), İspaniya (Bilbao), Macarıstan (Budapeşt), İrlandiya (Dublin), İsrail (Yerusalim), İtaliya (Roma), Makedoniya (Skopye), Hollandiya (Amsterdam), Uels (Kardiff), Rumıniya (Buxarest), İsveç (Stokholm), İngiltərə (London), Almaniya (Münhen).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər