"İnter"in yarımmüdafiəçisi Asif Məmmədov üçün karyerasını Türkiyədə davam etdirmək şansı yaranıb. Fanat.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin xidmətində "Mersin İdmanyurdu" maraqlıdı.
Məmmədovun "İnter"lə müqaviləsi var. Buna görə də PTT 1-ci Liqa təmsilçisi Asifi almaq üçün danışıqlar aparır. Ancaq "bankirlər"in onu buraxacağı inandırıcı deyil.
Fanat.az