Arif İngiltərə klubunu alır

Arif İngiltərə klubunu alır
İngiltərənin məşhur "Aston Villa" klubunu almağa ən real namizədlərdən biri qazaxıstanlı iş adamı Tevfik Arifdi. Fanat.az xəbər verir ki, "İndependent" qəzeti bu ziddiyyətli iş adamının kim olduğunu oxucularına xatırladıb. 
Arif Nyu-Yorkda qərarlaşan və daşınmaz əmlak şirkəti olan "Bayrock Group"un yaradıcısıdı və ABŞ milyarderi Donald Trampın biznes tərəfdaşıdı. O da məlumdu ki, qazax iş adımını 2010-cu ildə Türkiyə polisi həbs etmişdi. O, vaxtilə Mustafa Kamal Atatürkə məxsus gəmidə Rusiya biznesmenlərini və rəsmilərini gecəsi 10 min dollara Şərqi Avropadan olan fahişələrlə təchiz etməkdə ittiham olunurdu. 6 ay sonra bu ittihamlar götürüldü.
Arif 17 il sovet dövrünün Ticarət Nazirliyində işləyib. SSRİ dağılandan sonra Türkiyədə lüks "Labada" otelini işlədib. Sonra ABŞ-a köçən iş adamı Donald Trampla bir neçə layihə reallaşdırıb. Bunlara o cümlədən 46 mərtəbəli "SoHo" oteli və Nyu-Yorkda yaşayış göydələni daxildi.
 
Qəzet yazır ki, məlumatlı mənbə bu klubu almağa 6-dan 8-ə qədər namizədin olduğunu bildirir. Bunlar arasında Arif və onun ailəsi çox ciddi iddiaçıdı. O, klubu ala bilsə, İngiltərənin ən yüksək futbol liqası olan Premyer Liqanın klubunu alan ilk qazaxıstanlı iş adamı olacaq.
 
Premyer Liqanın 2 klubunun sahibi və böyük səhmdarı keçmiş SSRi məkanından olanlardı. "Çelsi" klubunun sahibi rusiyalı iş adamı Roman Abramoviçdi. Rusiyalı iş adamı, milliyyətcə özbək olan Əlişir Usmanov "Arsenal"ın ən böyük səhmdarıdı.
Arif klubu alsa, bu, onun futbola ilk investisiyası olmaycaq. İş adamı Londonda qərarlaşan "Doyen Capital" fondunun investorudu. Bu fond isə dünyanın aparıcı futbolçularına, məsələn, vaxtilə "Atletiko" (Madrid), indi isə Fransanın "Monako" klubunda oynayan Radamel Falkaoya investisiya qoyub.
 
Vaxtilə Radamel Falkaonun futbolçu kimi bazar qiymətinin qalxmasında bu investisiya mühüm rol oynayıb. "Doyen Capital" aparıcı oyunçulara 100 milyon avro sərmayə qoyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər