ABŞ millisinin qapıçısı Tom Hovard millimizlə oyunla (0:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, qolkiper ilk yarıda istədikləri kimi oynaya bilmədiklərini deyib:
"Azərbaycan komandası ilə oyunun ilk hissəsində istədiyimiz oyunu göstərə bilmədik. Ancaq ikinci hissədə istədiyimiz oyunu nümayiş etdirdik və 2 qol vuraraq qələbə qazandıq. Bu, bizim ucun növbəti oyuna hazırlaşmaq baxımından yaxşı əhval ruhiyyə yaratdı. Azərbaycan millisinin qapıçısı haqda yalnız xoş sözlər söyləyə bilərəm. İlk hissədə Vondolovskinin iki zərbəsini ustalıqla dəf etdi. Mənə elə gəlir ki, milliniz əla qapıçıya malikdi".
Fanat.az