Almaniya yığmasının dünya çempionatı üçün ilkin heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Yoahim Löv 30 futbolçuya dəvət göndərib.
Dünya çempionatında Portuqaliya, Qana və ABŞ-la eyni qrupda mübarizə aparacaq komandanın baş məşqçisi Polşa ilə yoxlama oyunundan sonra bu sayı 25 və ya 26-ya qədər azaldacaq. Cənubi Tyroldakı 10 günlük toplanışdan sonra isə dünya çempionatına gedəcək 23 nəfərlik heyət müəyyənləşəcək.
18 ildi dünya çempionu olmayan Almaniya yığmasında bəzi dəyişikliklər var. Belə ki Löv Rene Adler, Mario Qomes və Maks Kruysei ilə yanaşı, bir müddətdi zədəli olan İlkay Gündoğanı milliyyə dəvət etməüib. Türk əsilli futbolçu bir neçə ay əvvəl Almaniyanın əsas silahı hesab olunurdu. Əvəzində baş məşqçi Volland, Andre Han, Mattias Ginter, Erik Durm, Maks Meyer və Leon Qoretskaya dəvət göndərib.
Qapıçılar: Manuel Neuer (Bavariya), Roman Veydenfeller (Borussiya Dortmund), Ron-Robert Zieler (Hannover 96)
Müdafiəçilər: Marsel Şmelzer, Mats Hummels, Erik Durm, Kevin Qrosskreuts (hamısı "Borussiya Dortmund"), Jerome Boatenq, Filip Lam (hər ikisi "Bavariya"), Benedikt Hövedes (Şalke 04), Marsell Yansen (Hamburq), Per Mertesaker (Arsenal, İngiltərə), Şkodran Mustafi (Sampdoriya, İtaliya).
Yarımmüdafiəçilər: Mario Götze, Toni Kroos Tomas Müller, Bastian Şvaynştayger (hamısı "Bavariya"), Julian Draksler, Leon Qoretzka, Maks Meyer (hamısı "Şalke 04"), Marko Reus (Borussiya Dortmund), Lars Bender (Bayer), Mattias Ginter (Frayburq), Andre Han (Auqsburq), Sami Kedira (Real, İspaniya), Məsut Özil (Arsenal, İngiltərə), Andre Şkürrle (Çelsi, İngiltərə).
Hücumçular: Miroslav Kloze (Latsio, İtaliya), Lukas Podolski (Arsenal, İngiltərə), Kevin Volland (Hoffenhaym).
Fanat.az