Alman mütəxəssis məşqçilərlə görüşdü

Alman mütəxəssis məşqçilərlə görüşdü
Bu gün "Sumqayıt"ın futbol akademiyasında çalışan məşqçi heyəti arasında görüş keçirilib. Fanat.az xəbər verir ki, iclasda klubun prezidenti Kamran Quliyev və texniki direktor Frank Bernhartd iştirak edib. 
Görüş zamanı klubun AFFA tərəfindən təşkil olunacaq liqalarda iştirak edəcək qruplar üzrə çalışan məşqçilərlə fikir mübadiləsi aparılıb. Görüşdə mütəxəssislərin təklifləri dinlənilib, rəhbərlik və texniki direktor Frank Bernhartd tərəfindən bəzi tövsiyyələr verilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər