Mayın 28-də, Bakı vaxtı ilə saat 07.00-da San Fransisko şəhərində Azərbaycan millisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək ABŞ yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Yurqen Klinsman heyətə 30 futbolçu cəlb edib.
Baş məşqçi dünya çem pionatına aparacağı 23 nəfərlik heyəti millimizlə oyundan sonra açıqlayacaq. 30 futbolçudan 16-sı legionerdi. Onlardan 13-ü Avropa klublarında çıxış edir.
Qeyd edək ki, Azərbaycan yığması mayın 27-də dünya çempionatına hazırlaşan ABŞ millisi ilə yoldaşlıq görüşü keçirəcək. Baş məşqçimiz Berti Foqts isə Yurqen Klinsmanın müşaviri postunu tutacaq.
Qapıçılar: Bred Quzan (“Aston Villa”, İngiltərə), Tim Hovard (“Everton”, İngiltərə), Nik Rimando (“Real Solk-Leyk”).
Müdafiəçilər: DaMarkus Bizli (“Puebla”, Meksika), Mett Besler (“Sportinq Kanzas-Siti”), Con Bpuks (“Herta”, Almaniya), Ceff Kemeron (“Stok Siti”, İngiltərə), Timoti Çendler (“Nurnberq”, Almaniya), Bred Evans (“Sietl Saunders”), Omer Qonsales (“Los-Anceles Qalaksi”), Klarens Qudson (“San-Xose Ertkveyks”), Fabian Conson (“Hoffenhaym”, Almaniya), Maykl Parkxyorst (“Kolambus Kryu”), DeAndre Yedlin (“Sietl Saunders”).
Yarımmüdafiəçilər: Kayl Bekerman (“Real Solt-Leyk”), Alexandro Bedoyya (“Nant”, Fransa), Maykl Bredli (“Toronto”, Kanada), Co Korona (“Tixuana”, Meksika), Bred Devis (“Xyuston Dinamo”), Mikkel Diskerud (“Rusenborq”, Norveç), Moris Edu (“Filadelfiya Yunion”), Culian Qrin (“Bavariya”, Almaniya), Ceremeyn Cons (“Beşiktaş”, Türkiyə), Qrexem Zusi (“Sportinq Kanzas-Siti”).
Hücumçular: Jozi Altidor (“Sanderlend”, İngiltərə), Terrens Boyd (“Rapid”, Avstriya), Klint Dempsi (“Sietl Saunders”), Lendon Donovan (“Los-Angeles Qalaksi”), Aron Yohannsson (“Alkmar”, Hollandiya), Kris Vondolovski (“San-Xose Ertkveys”).
Fanat.az