"Bakı" Premyer Liqanın XXXV turunda AZAL-ı qəbul edəcək. Fanat.az xəbər verir ki, bu tərəflər arasında çempionatda 22-ci qarşılaşma olacaq.
Tərəflər indiyədək eyni sayda qələbə qazanıb - 8. 4 matç sülhlə yekunlaşıb. "Bakı"nın 20 qoluna AZAL 19 dəfə cavab verib.
"Bakı" son 4 ev oyununda AZAL-a uduzmayıb. Sonuncular isə cari mövsümün hər 3 matçında rəqib qapısına qol vurub.
Paytaxt klublarının cari mövsümdəki ilk matçında gülən tərəf AZAL olub - 1:0. İkinci qarşılaşmada tərəflər hərəyə bir xal qazanıb - 2:2. Üçüncü görüşdə isə "Bakı" 2:1 hesablı qələbəyə sevinib.
| 10.12.2005 | Olimpik (Bakı) – Bakı | 0:1 |
| 14.05.2006 | Bakı - Olimpik (Bakı) | 2:0 |
| 05.08.2006 | Bakı - Olimpik (Bakı) | 1:0 |
| 11.02.2007 | Olimpik (Bakı) – Bakı | 0:0 |
| 30.09.2007 | Olimpik (Bakı) – Bakı | 3:0 |
| 06.04.2008 | Bakı - Olimpik (Bakı) | 0:1 |
| 04.10.2008 | Bakı - Olimpik (Bakı) | 3:1 |
| 05.04.2009 | Olimpik (Bakı) – Bakı | 2:1 |
| 20.09.2009 | Olimpik-Şüvəlan (Bakı) - Bakı | 0:1 |
| 20.12.2009 | Bakı - Olimpik-Şüvəlan (Bakı) | 0:0 |
| 07.08.2010 | Bakı - AZAL (Bakı) | 2:3 |
| 25.02.2011 | AZAL (Bakı) – Bakı | 0:0 |
| 10.04.2011 | AZAL (Bakı) – Bakı | 1:0 |
| 07.05.2011 | Bakı - AZAL (Bakı) | 2:1 |
| 30.09.2011 | Bakı - AZAL (Bakı) | 0:0 |
| 04.12.2011 | AZAL (Bakı) – Bakı | 1:0 |
| 30.10.2012 | AZAL (Bakı) – Bakı | 2:1 |
| 16.02.2013 | Bakı - AZAL (Bakı) | 2:0 |
| 10.08.2013 | AZAL (Bakı) – Bakı | 1:0 |
| 20.10.2013 | Bakı - AZAL (Bakı) | 2:2 |
| 23.03.2014 | AZAL (Bakı) – Bakı | 1:2 |
Fanat.az