Yunanıstanın Sakkız adasında tarixi hadisə baş verib. Fanat.az xəbər verir ki, 84 il əvvəl yarımçıq qalmış matç başa çatdırılıb.
Belə ki, 1930-cu ildə Yunanıstanın "Lailapas" və Türkiyənin "Karşıyaka" klubları arasında iki ölkənin xalqlarının qaynaşması məqsəbi ilə təşkil olunan matç 3-cü dəqiqədə güclü yağış üzündən dayandırılıb. Qarşılaşma sonradan davam etdirilməyib.
Tarixən bir-biri ilə müharibə vəziyyətində olan və münasibətləri daim gərgin olaraq qalan Yunanıstan və Türkiyə klublarının 84 il əvvəl yarımçıq qalmış matçın qalan 87 dəqiqəsi dünən Saqqız adasındakı "Fafailon" stadionunda baş tutub.
Oyuna "Lailapas" forması ilə başlayan, daha sonra "Karşıyaka"nın heyətində mübarizəni Yusuf Şimşek 22-ci dəqiqədə türkləri hesabda önə keçirib. Matça "Karşıyaka"nın kapitanı kimi başlayan şəhərin bələdiyyə başqanı Hüseyin Mutlu Akpınar daha sonra "Lailapas"ın heyətinə keçib və 26-cı dəqiqədə bərabərliyi təmin edib.
Oyun 87-ci dəqiqədə 5:5 hesabı ilə başa çatıb. Hakimin final fiti səslənən kimi tamaşaçılar meydanın mərkəzinə Türkiyə və Yunanıstan bayrağı sancaraq dostluq mesajı veriblər.
Fanat.az