533 milyon dollarlıq "ərəb möcuzəsi" - FOTOLAR

533 milyon dollarlıq "ərəb möcuzəsi" - FOTOLAR
Səudiyyə Ərəbistanı kralı Abdullahın Ciddədə inşa etdirdiyi stadion görənləri heyran edir. Fanat.az xəbər verir ki, 2009-cu ildə tikintisinə başlanılan arenanın dam örtüyü ləl-cəvahiratla bəzədilib. "Səhranın cəvahirat"ı adlandırılan stadionun rəsmi adı "Kral Abdullah stadionu"du.
Ciddənin iki komandası "Əl İttihad" və "Əl Əhli"nin ev oyunlarını keçirəcəyi arenanın azarkeş tutumu 60 min nəfərdi. FIFA standardlarına cavab verən stadionun tikintisi 533 milyon dollara başa gəlib. Arenanın 5 ulduzlu lojaları ilə yanaşı, VİP, idmançıların və jurnalistlər üçün yüksək səviyyəli salonları var. Əlil tamaşaçılar üçün 308 oturacağın qurulduğu stadionda onlar üçün xüsusi liftlər və tualetlər quraşdırılıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər