Braziliyada startı verilən dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə azarkeşlər daha 3 oyun izləyə biləcək.
Artıq bir matç başa çatıb. A qrupu çərçivəsində keçirilən oyunda Meksika Kamerunu qəbul edib. 4 qolun vurulduğu oyunun taleyini bir top həll edib. Belə ki, ilk yarıda meksikalı Covanni Dos Santosun 2, kamerunlu Samuel Eto`O-nun isə bir topu ofsayd səbəbindən sayılmayıb. 61-ci dəqiqədə fərqlənən Oribe Peralta isə Meksikaya qələbə qazandırıb.
Qeyd edək ki, qrupun ilk oyunu dünən keçirilib və Braziliya Xorvatiyanı 3:1 hesabı ilə yenib.
DÇ-2014
Qrup mərhələsi
13-14 iyun
A qrupu
21.00 Meksika - Kamerun 1:0
Qol: Oribe Peralta, 61.
Meksika: Guillermo Oçoa, Françisko Rodriges, Rafael Markues, Migul Layun, Hektor Moreno, Paul Aguilar, Hektor Herrera (Karlos Salkido, 90+2), Andres Quardado (Marko Fabian, 69), Jose Vazkues, Covani dos Santos, Oribe Peralta (Xavyer Hernandes, 73).
Ehtiyat oyunçular: Jose Korona, Alfredo Talavera , Dieqo Antonio Reyes, Migel Angel Ponke, İsaak Brizuela, Xavyer Aquyno, Karlos Pena, Raul Ximenes, Alan Pulido.
Baş məşqçi: Miguel Herrera.
Kamerun: Çarles İtandje, Benoit Assou-Ekotto, Nikolas Nkoulou, Kedrik Ceugoue (Dani Nounkeu, 46), Aurelien Çedyu, Aleks Sonq (Pierre Vebo, 79), Stepan M`bia, Eyonq Enoh, Benjamin Moukandyo, Samuel Eto`O, Çupo-Motinq.
Ehtiyat oyunçular: Loik Maksime Feudyu, Sammi Ndyok, Henri Bedimo, Allan Romeo Nyom, Landri N`Quemo, Jean Makoun, Edqar Salli, Coel Matip, Vinsent Abubakar, Fabrike Olinqa.
Baş məşqçi: Volker Finke.
Sarı vərəqələr: Hektor Moreno, 57 - Dani Nounkeu, 77.
Hakimlər: Vilmar Roldan, Humberto Klavijo, Eduardo Dias (Kolumbiya), Norbert Hauata (Taiti).
Natal. "Arena das Dunas".
| 1 | Braziliya | 1 | 1 | 0 | 0 | 3:1 | 3 |
| 2 | Meksika | 1 | 1 | 0 | 0 | 1:0 | 3 |
| 3 | Kamerun | 1 | 0 | 0 | 1 | 0:1 | 0 |
| 4 | Xorvatiya | 1 | 0 | 0 | 1 | 1:3 | 0 |
Fanat.az