3 barmaq işarəsi aranı qarışdırdı - FOTO

3 barmaq işarəsi aranı qarışdırdı - FOTO
Londonda keçirilən Avropa Liqasının 1/8 finalının ilk görüşündə “Benfika” “Tottenhem”ə 3:1 hesabı ilə qalib gəldi. Matçın sonunda “Benfika”nın baş məşqçisi Jorje Jezuş Tim Şervurdun əlini sıxmaq əvəzinə, “Tottenhem”in ehtiyat oyunçular skamyasına tərəf 3 barmaq işarəsi göstərib.
 
Fanat.az xəbər verir ki, matçdan sonra Şervurd bu məsələyə münasibət bildirib: “Onun əl sıxmaması xoşagəlməz haldı. Matçın ilk dəqiqələrindən başlayaraq o, texniki zonaya daxil olduğum üçün ehtiyat hakimə şikayət edirdi. Nə üçün gedərkən əl yellədi? Çünki, peşəkarlığı çatışmır. Bunu nə üçün etməliydi ki?”.
 
Məsələ ilə bağlı danışan Jezuş Şervurdun vəziyyəti əsassız yerə gərginləşdirildiyini düşünür: “Bu jest 3 nömrəni ifadə edirdi. Luizao - 3 nömrə. Portuqaliya ilə müqayisədə İngiltərədə skamyalar bir-birinə yaxın yerləşir. Portuqaliyada yerlər genişdi və biz hisslərimizi özünəməxsus şəkildə ifadə edə bilirik. Əgər Şervurd bunu hörmətsizlik kimi qəbul edirsə, bu, onun öz işidi”. 
Qeyd edək ki, komandalar arasındakı cavab matçı 20 martda Lissabonda keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər