Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, millimizin üzvü Tuğrul Erat yenə "Fortuna"nın U-23 komandasında çıxış edib.
Onun komandası "Viedenbrük"ü qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Tuğrul start heyətində yer alıb və sonadək oynayıb.
Qeyd edək ki, Regional Liqanın "Qərb" zonasında çıxış edən "Fortuna" 3 oyunda 7 xal toplayıb və üçüncü pillədə qərarlaşıb. Tuğrul hər üç oyunda 90 dəqiqə oynayıb və "Köln II" ilə oyunda qol vurub.
Fanat.az