21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Taşkın İlter Almaniyada növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, onun çıxış etdiyi "Ayntarxt"ın (Braunşveyq) U-23 komandası Regional Liqada "Kloppenburq"u qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Taşkın start heyətində yer alıb. Futbolçumuz 90 dəqiqəni əvəzedilmədən keçirib.
Qeyd edək ki, Taşkın komandasının cari mövsümdə keçirdiyi hər 3 matçın iştirakçısı olub. "Hanza" ilə açılış oyununda sonadək meydanda olan futbolçu 90+1-ci dəqiqədə fərqlənərək komandasına 1 xal qazandırıb - 2:2. O, "Verder II" ilə oyunda 75 dəqiqə oynayıb.
Fanat.az