Qurban Qurbanov ehtiyatlı danışdı

Qurban Qurbanov ehtiyatlı danışdı
"Məlum olduğu kimi, Çempionlar Liqasının bu mərhələlərində ancaq ölkələrinin çempionları çıxış edir. İlkin rəqiblərimiz müəyyənləşən zaman apardığımız araşdırma zamanı gördük ki, hər birinin avrokubok təcrübəsi var. Nəzəri cəhətdən hər birinin uğur qazanmaq şansı var". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində Maltanın "Valletta" klubu ilə qarşılaşacaq. Qurbanov klubun rəsmi saytına açıqlamasında püşkü dəyərlənlirib: "Valetta"nın daimi avrokubok təcrübəsi var. Milli komandada bir neçə futbolçusu çıxış edir. Onların Azərbaycan millisiylə oyunda mübarizə aparan, sonadək döyüşən xarakterlərinin olduğunu görmüşdük. Heç kim deyə bilməz ki, biz mərhələni keçmişik. İlk oyuna qədər yetərincə vaxtımız var. Çalışacağıq ki, rəqib haqqında məlumat toplayaq. İstənilən rəqibə hörmətlə yanaşırıq. Futbol artıq elə bir dönəmə gəlib ki, zəif-güclü anlayışı yoxdu. Biz hər zaman meydana qələbə üçün çıxırıq. Amma rəqibə hörmətlə yanaşmalı və ciddi olaraq hazırlaşmalıyıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər