Kişilərdən ibarət voleybol millimiz Avropa çempionatının təsnifat mərhələsinə start verib. Fanat.az xəbər verir ki, birinci seçmə mərhələdə mübarizəyə başlayan komandamız Makedoniyada keçirilən 3-cü qrupun yarışında çıxış edir.
Təmsilçilərimiz ilk görüşlərində meydan sahiblərinə uduzublar. 3 set davam etmiş qarşılaşmada makedoniyalılar tam üsütnlüklə qalib gəliblər.
Komandamızın heyətində ən çox xal qazanan Pərviz Səmədov və Dmitri Obodnikov olublar. Onlar hərəyə 7 dəfə fərqləniblər. Yevgeni Kovalenko 5, Vüqar Bayramov və Vadim Kutukov hərəyə 4, Cavid Süleymanov 3, Aqil Ağazadə və Aleksey Çervyakov isə hərəyə 1 xal aktivlərinə yazdırıblar.
Qrupun digər oyununda İsveç Gürcüstan millisini 3:0 hesabıyla yenib. Leonardo Tabares Silienin yetirmələri ikinci oyunlarını İsveç yığmasına qarşı keçirəcəklər.
Avropa çempionatı
Seçmə mərhələ
3-cü qrup
9 may
Makedoniya - Azərbaycan 3:0 (25:15, 25:17, 25:15)
Gürcüstan - İsveç 0:3 (19:25, 9:25, 13:25)
Fanat.az