Subaşiç oynadı, komandası uddu

Subaşiç oynadı, komandası uddu

Türkiyənin PTT 1-ci liqasında XXIX turunun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin çıxış etdiyi "Orduspor" "Boluspor"u qəbul edib.

Oyun Ordu təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 41-ci dəqiqədə Adem Sağlam imza atıb. Subaqşiç meydana start heyətində çıxıb və 72-ci dəqiqədə Hasan Üçüncü tərəfindən əvəzlənib.

Qeyd edək ki, "Orduspor" 29 turdan sonra 59 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər