Millimizin üzvü oynadı, komandası uduzdu

Millimizin üzvü oynadı, komandası uduzdu
Almaniyanın II Bundesliqasında XXV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Tuğrul Eratın çıxış etdiyi "Fortuna" "Sankt Pauli"ni qəbul edib.
Oyun qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Fortuna"nın baş məşqçisi Lorenz-Günter Köstner millimizin üzvünə start heyətində şans verib. Tuğrul 90 dəqiqəni əvəzedilmədən keçirib.
Qeyd edək ki, "Fortuna" 25 turda 32 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Almaniya
II Bundesliqa
XXV tur
16 mart
16.30 Fortuna - Sankt Pauli 0:2
Qollar: Sebastian Mayer, 21. Lennart Ti, 90.
Fortuna: Fabian Giefer, İvan Paureviç (Aristide Banke, 84), Tobias Levels, Martin Latka (Bruno Suares, 26), Kristian Veber (Ben Halloran, 55), Mixael Liendl, Heynrix Şmidtqal, Adam Bodjek, Tuğrul Erat, Ervin Hoffer, Çarlison Bensxop.
Ehtiyat oyunçular: Mixael Rensinq, Kristian Ramires, Kristian Qartner, Timm Qolley.
Fanat.az  
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər