İngiltərənin "Tunstall Toun" klubu maraqlı statistikaya imza atıb. Fanat.az xəbər verir ki, komanda 170 oyunda qələbə qazana bilməyib.
"Tunstall Toun" qələbəsizliyə "Bentley"lə oyunda son qoyub. Rəqibini 2:1 hesabı ilə yenən komanda 170 oyundan - 6,5 ildən sonra qələbə sevinci yaşayıb.
"Tunstall Toun"un 50 yaşlı oynayan-məşqçsi tarixi qələbəni belə şərh edib: "Hər kəs çılğına dönmüşdü, atılıb-düşürdük. Hakim belə bizimlə xatirə şəkili çəkdirdi".
Qeyd edək ki, İngiltərə mətbuatı ötən il "Tunstall Toun"u "Dünyanın ən bərbad komandası" seçmişdi.
Fanat.az