14 pillə gerilədik, 45-ci olduq

14 pillə gerilədik, 45-ci olduq
UEFA-ya üzv ölkələrin “Fair Play” reytinqinin yekun cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, reytnq cədvəli 2013-ci il 1 mayından 2014-cü ilin 30 aprelinədək müddəti əhatə edir.
Bu müddətdə baş tutan 1866 oyun reytinq cədvəlində nəzərə alır. Siyahısına Skandinaviya təmsilçiləri başçılıq edir. İlk pillədə Norveç qərarlaşıb. Bu ölkənin komandaları 80 oyuna əssən 8,233 xal toplayıb. 93 oyun keçirən İsveç komandaları 8,198, cəmi 55 matça çıxan Finlandiya təmsilçiləri 8,196 xala malikdi.
 
Azərbaycan 54 ölkə arasında 45-ci olub. Bu müddətdə 48 oyun keçirmiş komandalarımız ölkəmizin aktivinə 7,448 xal yazdırıblar. Bu göstəricidə Azərbaycan 14 pillə geriləyib. Belə ki, bir il əvvəl 31-ci olmuşduq. Ölkəmiz əsas siyahıda yer alan 47 UEFA təmsilçisindən yalnız ikisini - Gürcüstan və Cənubi Kipri arxada qoyub. Azərbaycandan aşağı pillələrdə yer alan digər 7 ölkə isə il ərzində 35-dən az matç keçirdiyi üçün əsas siyahıdan geri düşüb. Bunlar Ermənistan, Lixtenşteyn, Malta, Cəbəllütariq, Lüksemburq, San-Marino və Andorradı.
Qeyd edək ki, “Fair Play” reytinqində ilk 3 yeri tutan milli assosiasiyalar Avropa Liqasında hərəyə bir əlavə yer alırlar. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər