10 ilin ən pis nəticəsi

10 ilin ən pis nəticəsi
Tarixi ərzində 18 dəfə İtaliya çempionu, 7 dəfə Çempionlar Liqasını, 5 dəfə UEFA Kubokunu, 3 dəfə Kuboklar Kubokunu və 1 dəfə klublararası dünya çempionluğunu qazanmış "Milan" pis göndər yaşayır. Fanat.az xəbər verir ki, İtaliyanın ən köklü klublarından 10 ilin ən pis nəticəsini göstərib.
"Qırmızı-qaralar" bu mövsüm heç bir turnirdə uğurlu çıxış etməməklə yanaşı, maliyyə sıxıntıları ilə də üzləşib. Mövsümün ilk yarısında uğursuz nəticələrdən sonra Massimiliano Allegri ilə yollarını ayırıb sabiq futbolçusu Klarense Zeedorfu baş məşçqi postuna gətirən klub rəhbərliyi uğursuz gedişə "dur" deyə bilmədi. Beləliklə, "Milan" A Seriyasında son 10 ilin ən pis nəticəsinə imza atıb. Belə ki, "Milan" 2003/04 mövsümündən bəri 27 turdan sonra ilk "beşlik"dən aşağı düşməmişdi. İndi isə  komanda mövsümün geridə qalan hissəsində 35 xal toplayaraq turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb və avrokuboklara vəsiqə qazanmaq şansını da çətinə salıb. 
Son iki mövsümün çempionu və hazırkı lider "Yuventus"dan 37 xal geridə qalan Milan təmsilçisi Çempionlar Liqasında da uğurlu nəticəyə imza ata bilməyib. Turnirn 1/8 final mərhələsinə çıxan komanda iki oyunun nəticəsinə görə 1:5 (0:1, 1:4) hesabı ilə yenilərək mübarizəni başa vurub.
"Milan" uğursuz nəticələrlə yanaşı, maliyyə böhranı ilə də üzləşib. Son günlər klubun məhz bu səbəbdən satılacağı barədə xəbərlər yayılır. Hələlik İtaliyanın sabiq baş naziri, klubun sahibi Silvio Berluskoni bu xəbərləri təkzib etsə də, tezliklə reallığa çevirilə bilər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər