Türkiyənin "Qaziantep BB" klubunun futbolçularının yeni mövsümdə geyinəcəyi formaların nömrələri müəyyənləşib. Fanat.az xəbər verir ki, PTT 1-ci liqa klubunda çıxış edən futbolçularımız da seçim edib.
Vaqif Cavadov millidə olduğu kimi "7"ni geyinəcək. Ufuk Budak da yığmadakı formasını - 20 nömrəni seçib. U-21-də "17"ni geyinən Rəhman Hacıyev isə Türkiyə klubunda "9"u götürüb.
Fanat.az