Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" yeni mövsümün hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, PTT 1-ci liqa klubu hazırlığın 3-cü mərhələsini 11-19 avqust tarixlərində Kartepedə keçirəcək.
Subaşiçin komandası bu müddətdə 4 yoxlama oyununa çıxacaq. İlk matç ayın 13-də "Ankaragücü"nə qarşı olacaq. 2 gün sonra "Yeni Diyarbəkirspor"la qarşılaqacaq "Manisaspor" avqustun 16-da "Kırklarelispor"la üz-üzə gələcək. Son yoxlama oyunu isə ayın 18-də "Kocaeli Birlikspor" olacaq. Bütün rəqiblər Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.
Fanat.az