Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Manisa klubu U-19 komandası ilə oyunda qüvvəsini sınayıb.
70 dəqiqə davam edən oyun əsas komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Subaşiç 26-cı dəqiqədə ikinci qolu vurub və ikinci yarıda Oğuzhan Palaz tərəfindən əvəzlənib.
Fanat.az