Şahmatçılarımızdan möhtəşəm start! - YENİLƏNİR

Şahmatçılarımızdan möhtəşəm start! - YENİLƏNİR

Norveçdə keçirilən Şahmat Olimpiadasında ilk turda kişi və qadın şahmatçılarımızın heyəti müəyyənləşib. Fanat.az xəbər verir ki, ilk turda kişi şahmatçılarımızın lideri Şəhriyar Məmmədyarov iştirak etməyəck.

İlk oyunda kişi şahmatçılarımızın rəqibi əlillərdən ibarət yığma  (İPCA) komanda olacaq. Qadın şahmatçılarımız isə irlandiya yığması ilə qarşılaşırlar.

Kişi şahmatçılarımız arasında 3-cü lövhədə mübarizə aparan Eltac Səfərli artıq ciddi ərazi üstünlüyünə malikdir. Dugər təmsilçilərimiz isə reytinqdə özlərindən xeyli aşağı olan şahmatçılarla mübarizədə debütdə ciddi üstünlük əldə edə bilməyiblər.

Teymur Rəcəbov ənənsinə sadiq qalmaqdadı. Debütü sakit tərzdə keçirən həmyerlimiz tədricən təşəbbüsə yiyələnir.

Qara fiqurlarla 2-ci lövhədə mübarizə aparan Rauf Məmmədovun vəziyyəti bərabərdi.

Debütdə üstünlük əldə edən Səfərli təşəbbüsü bir qədər əldən verib.

Qədir Hüseynov hələ ki, vəziyyəti bərabərləşdirmək uğrunda mübarizə aparır.

Qadın şahmatçılarımız isə İrlandiya üzərində qələbə qazanacaq. Bunu söyləməyə Gülnar Məmmədova və Türkan Məmmədyarovanın böyük üstünlüyə malik olmaları əsas verir.

Proqnozlarımız özünü doğrultmaqdadı: həm Gülnar, həm Türkan rəqiblərini təslim olmağa məcbur etdilər.

Səbinə də rəqibinə şans tanımadı və 4-cü partiyanın nəticəsindən asılı olmayaraq, yığmamızın ilk qələbəsini rəsmiləşdirdi.

Bu da son. Hər iki komandamız ilk görüşlərini eyni - 4:0-lıq qələbə ilə başa vurdular. Möhtəşəm start!

Azərbaycan - İPCA

Teymur Rəcəbov - Andrey Obodçuk 1:0

Rauf Məmmədov - İqor Yarmolov 1:0

Eltac Səfərli - Ruben Bernardi  1:0

Qədir Hüseynov - Yevgeni Vodyasov 1:0

Azərbaycan- İrlandiya

Zeynəb Məmmədyarova - Purnima Menon 1:0

Gülnar Məmmədova - Diana Mirzə 1:0

Türkan Məmmədyarova - Ceraldin Lauleys 1:0

Səbinə İbrahimova - Karina Kruk 1:0

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər