Norveçin Tromsö şəhərində şahmat Olimpiadası davam edir. Fanat.az xəbər verir ki, bu gün 3-cü turun oyunları keçiriləcək.
Artıq kişilərdən ibarət yığmamızın Xorvatiya ilə qarşılaşacağı heyət müəyyənləşib. Baş məşqçi Aleksandr Xalifman bu dəfə Rauf Məmmədova istirahət verməyi qərara alıb.
Artıq qadın şahmatçılarımızın İsveçrəylə mübarizə aparacağı heyət də açıqlanıb. Komandanın kapitanı Fikrət Sideifzadə 3-cü turda Türkan Məmmədyarovanı ehtiyatda saxlamağı qərara alıb.
Artıq 3-cü tura start verilib. Hələlik kişilərdən ibarət yığmamızdan yalnız Məmmədyarov nəzərəçarpacaq üstünlüyə yiyələnib.
Hər iki komandamız 3-cü turu qələbə ilə başa vurmağı bacarıb. Xalifmanın rəhbərlik etdiyi təmsilçilərimiz Eltac Səfərlinin qələbəsi sayəsində liderlər qrupundakı mövqelərini qorumağı bacardılar.
Fikrət Sideifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət millimiz isə Zeynəb Məmmədyarovanın məğlub olmasına baxmayaraq, İsveçrənin müqavimətini qıra biliblər.
Azərbaycan - Xorvatiya 2,5:1,5
Şəhriyar Məmmədyarov - İvan Sariç 1/2:1/2
Teymur Rəcəbov - Xrvoe Steviç 1/2
Eltac Səfərli - Mladen Palats 1:0
Qədir Hüseynov - Zdenko Kojul 1/2:1/2
Azərbaycan - İsveçrə 2,5:1,5
Zeynəb Məmmədyarova - Monika Seps 0:1
Gülnar Məmmdəova - Barbara Hand 1:0
Xəyalə Abdulla - Qundula Geynats 1/2:1/2
Səbinə İbrahimova - Kamilla de Sero 1:0
Fanat.az