Ronaldonu geridə qoydu

Ronaldonu geridə qoydu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2014-cü ilin ən çox qol vuran futbolçularının siyahısını açıqlayıb. Fanat.az xəbər verir ki, siyahıya Asamoah Qyan başçılıq edir.

Birləşmiş Ərəb Əmirliklərinin "Əl Ayn" klubunda çıxış edən qanalı futbolçunun aktivində 13 qol var. O, milli komandanın heyətində 3, klubunda 10 qol vurub.

Siyahının ikinci pilləsində Kriştiano Ronaldo qərarlaşıb. "Real"ın ulduzu millidə 3, klubda 8 dəfə fərqlənib. 

İlk "üçlüy"ü Neymar qapayır. "Barselona"nın braziliyalı ulduzu qollarının çoxunu millinin heyətində vurub - 8. O, klubun heyətində cəmi 1 qola imza atıb.

Qeyd edək ki, siyahıda futbolçuların milli komandanın heyətində, həmçinin klubları ilə qitədaxili və qitələrarası yarışlarda vurduğu qollar nəzərə alınıb. Milli çempionatlarda vurulan qollar siyahıya salınmayıb.

Futbolçu

Milli

Klub

Qol (milli)

Qol (klub)

Cəmi

Asamoah Qyan

Qana

Əl Ayn, BƏƏ

3

10

13

Kriştiano Ronaldo

Portuqaliya

Real, İspaniya

3

8

11

Neymar

Braziliya

Barselona, İspaniya

8

1

9

Kərim Benzema

Fransa

Real, İspaniya

6

3

9

Robin van Persi

Hollandiya

M.Y, İngiltərə

6

3

9

Ceyms Rodriges

Kolumbiya

Monako, Fransa

8

0

8

Tomas Müller

Almaniya

Bavariya, Almaniya

6

2

8

Kyav Ko Ko

Myanmar

Yanqon Y, Myanmar

2

6

8

Nquyen Quyet 

Vyetnam

Ha Noi T&T, Vyetnam

1

7

8

Xuan Belenkoso

İspaniya

Kitçe, Honq Konq

0

8

8

Omar Əl Soma

Suriya

Əl-Qadsiya, Küveyt

0

8

8

Lionel Messi

Argentina

Barselona

5

2

7

Mouhcine Lajor

Mərakeş

Raja, Mərakeş

2

5

7

Daouda Kamilou

Niger

Kotonsport, Kamerun

1

6

7

Sezar Hermeneqildo

Brazilya

Yanqon Y, Myanmar

0

7

7

Nasser Əl-Şamrani

S.Ərəbistanı

Ə-Hilal, S.Ərəbistanı

0

7

7

Paulo Rangel

Brazilya

Selanqor, Malaziya

0

7

7

Enner Valensiya

Ekvador

Paçuka, Meksika

6

0

6

Andre Şkürle

Almaniya

Çelsi, Almaniya

5

1

6

Eduardo Varqas

Çili

Valensiya, İspaniya

4

2

6

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər