Ronaldo göz yaşlarını saxlaya bilmədi - FOTOLAR

Ronaldo göz yaşlarını saxlaya bilmədi - FOTOLAR

DÇ-2014-ün G qrupunda Portuqaliya millisi Qanaya 2:1 hesabı ilə qalib gəlsə də, 1/8 finala yüksələ bilməyib. Fanat.az xəbər verir ki, buna səbəb qrupun digər oyununda ABŞ-ın Almaniyaya minimal hesabla uduzmasıdı - 0:1.

Üç oyundan sonra hər iki komandanın 4 xalı olsa da, top fərqində daha yaxşı göstəriciyə malik ABŞ yığması 1/8 finalda oynamaq hüququ qazanıb. Qana ilə oyunda komandasının qələbə qoluna imza atan Kriştiano Ronaldo qrup mərhələsini adlaya bilmədikləri üçün göz yaşlarını saxlaya bilməyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər