Reynaldo: "Vüqar məni layiqincə əvəzləyə bilər"

Reynaldo: "Vüqar məni layiqincə əvəzləyə bilər"

“Zalsburq”la səfər oyununda komandama kömək edə bilməyəcəyim üçün üzgünəm. Belə olmasını istəməzdim. Birinci oyunda aldığım “qırmızı” haqsız idi. O epizodda sadəcə, hava mübarizəsinə girişdim. Topu rəqibdən tez götürmək istəyirdim. Mən onu vurmamışdım”. Bu sözləri Fanat.az açıqlamasında “Qarabağ”ın hücumçusu Reynaldo deyib.

Qurban Qurbanovun Avstriyaya apardığı braziliyalı forvard Vüqar Nadirovun onu layiqincə əvəzləyəcəyinə inandığını söyləyib: “Fikrimcə, Vüqar Nadirov səfər oyununda məni layiqincə əvəzləyə bilər. Çox səviyyəli futbolçudu. “Zalsburq” güclü olsa da, ikinci oyunda yaxşı mübarizə aparıb sərfəli nəticə qazana bilərik”.

Xatırladaq ki, sabah Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununa çıxacaq ağdamlılar iki əsas heyət üzvünün xidmətindən məhrumdu. Admir Teli və Reynaldo ilk oyunda meydandan qovularaq cəzalı duruma düşüb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər