UEFA azərbaycanlı hakimlərə yeni təyinat göndərib. Fanat.az xəbər verir ki, ədalət ttəmsilçilərimiz Avropa Liqasının ilkin təsnifat mərhələsinin oyununu idarə edəcək.
Belə ki, iyulun 3-də keçiriləcək "Kayrat" (Qazaxıstan) - "Kukesi" (Albaniya) oyununda ədaləti FIFA referisi Rəhim Həsənov qoruyacaq. Onun köməkçiləri Yaşar Abbasov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Anar Salmanov yerinə yetirəcək.
Fanat.az