“Hələ püşkatmadan əvvəl Baltikyanı ölkələrdən olan klublardan biriylə üz-üzə gəlməyin bizim üçün münasib variant olduğunu demişdim. Amma püşk sifarişlə atılmır”. Bu sözləri Fanat.az-a açıqlamasında Avroliqanın ilkin təsnifat mərhələsində Moldova “Tiraspol”una rəqib olan “İnter”in prezidenti Georgi Nikolov deyib.
Bolqar futbol finksioneri daha sonra əlavə edib: “Tiraspol”a hörmətlə yanaşırıq. Məqsədimiz isə ilk oyunda uğurlu nəticə qazanıb evdə keçirəcəyimiz cavab oyununda azarkeşlərimizi sevindirməkdi. Bilirəm ki, Azərbaycan təmsilçiləri indiyədək Moldova komandalarını mübarizədən kənarlaşdıra bilməyib. Ancaq bu bizi qorxutmur. Əksinə, vəziyyəti dəyişməyə səsləyir. Uğursuz ənənəyə son qoymaq istəyirik. Buna gücümüz çatar. “İnter”in mərhələ adlayacağına inanıram”.
Fanat.az