"Simurq" Raul Qonzalesin komandasına qarşı

"Simurq" Raul Qonzalesin komandasına qarşı
İyulun 17-dən Avstriyada yeni mövsümün hazırlarının ikinci mərhələsinə start verən "Simurq" artıq hazırlıqları tamamlamaq üzrədi. Fanat.az xəbər verir ki, Zaqatala klubu bu gün sonuncu yoldaşlıq görüşünə çıxacaq. 
"Simurq"un rəqibi Qətərin "Al-Sadd" klubu olacaq. Qarşılaşma Bakı vaxti ilə saat 21.00-da start götürəcək. "Real"ın və İspaniya millisinin əfsanəsi Raul Qonzales 2012-2014-cü illərdə bu komandada çıxış edib.
Bu görüşdən sonra "Simurq" Avstriya hazırlığını da başa vurub sabah ölkəyə qayıdacaq. Bir günlük istirahətdən sonra avqustun 4-ü axşam saatlarında komanda Zaqatalada 2014/15 mövsmünün il turunun hazırlıqlarına start verəcək. Georgi Çixradzenin yetirmələrinin rəqibi isə paytaxtın "Bakı" klubu olacaq. Qarşılaşma avqustun 9-da "Bakı"nın təlim-məşq bazasının stadionunda keçiriləcək. 
Qeyd edək ki, "Simurq" transfer çalışmalarını da davam etdirir. Yaxın günlərdə bir necə futbolçu ilə rəsmi müqavilələr imzalanacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər