"Rəvan" "Şuşa"nı uddu

"Rəvan" "Şuşa"nı uddu

I divizionda çıxış edəcək "Rəvan" daha bir yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, paytaxt klubunun rəqibi "Şuşa" olub.

"Dalğa Arena"da baş tutan oyunda "Rəvan" 2:1 hesablı qələbə qazanıb. Paytaxt klubunun heyətində Aslan Hüseynovla Elgün Abbaslı fərqlənib.

Qeyd edək ki, "Rəvan"la "Şuşa" iyulun 16-da da yoxlama oyunu keçirmişdi. Həmin oyunda şuşalılar qələbə qazanmışdı - 1:0. "Rəvan" növbəti oyununu avqustun 21-də "Ağsu"ya qarşı keçirəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər