"Rəvan" başladı - FOTOLAR

"Rəvan" başladı - FOTOLAR

"Rəvan" 2014/15 mövsümünün hazırlıqlarına start verib. Fanat.az xəbər verir ki, I divizionda mübarizə aparacaq "aslanlar"ın təlim-məşq toplanışının ilk mərhələsi seleksiya xarakterli olacaq.

Dünən "Bayıl Arena"da reallaşan ilk məşqdə 24 futbolçu iştirak edib ki, onlardan 9 nəfəri baxışa gələnlər olub. Məşqçilər korpusu seçimləri qarşıdakı günlərdə də davam etdirəcəklər.

Komandanın iyulun 5-də AZAL, 12-də isə "Sumqayıt”la yoxlama oyunu nəzərdə tutulub. Yeni futbolçularla bağlı məhz bu qarşılaşmalardan sonra qərar veriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər