Serbiya "Partizan"ının kapitanı Saşa İliç "Neftçi"yə qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi komandasının azarkeşlərinə səslənib. Fanat.az xəbər verir ki, təcrübəli futbolçu böhranda olarkən, daha çox birlik nümayiş etdirdiklərini önə çəkib.
İliç geyindikləri formayla qürur duyduğunu dilə gətirib: "Həmişə ən pis anlarda daha çox birləşməyi bacarmışıq. Hamı düşünəndə ki, artıq təslim olacağıq biz daha da əzəzmətli olmuşuq. Çünki biz "Partizan"ıq və bu formanı fəxrlə daşıyırıq. Gəlin pley-offda qalib gələrək hamıya bizdən gözləninələri birlikdə nümayiş etdirək. Biz vahid kollektiv kimi oyuna çıxacağıq və "Partizan"ın, bu uşaqların nəyə qadir olduğunu göstərəcəyik. Siz də tribunalarda birlik nümayiş etdirin. Biz cənubda, şərqdə, qərbdə sizin hayqırtılarınızı eşitmək istəyirik. Oxuyacağınız mahnılar bizi irəli səsləyəcək. Buna görə də düşünürəm ki, avqustun 21-də stadion ağzına kimi dolu olacaq. Gəlin gücümüzü birlikdə göstərək!".
Fanat.az