Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, B qrupunda sonuncu - 3-cü turun oyunları keçirilib.
Bu qrupdan növbəti mərhələyə adlayan hər iki komanda ilk iki turdan sonra müəyyənləşmişdi. İspaniya və Avstraliyaya qalib gələn Hollandiya ilə Çili adını 1/8 finala yazdırmışdı. Son turda üz-üzə gələcək bu komandalar qrup liderini müəyyənləşdirib. İspaniya - Avstraliyaya matçında isə sonuncunun adına aydınlıq gətirib.
Hollandiya ikinci yarıda meydana çıxan Leroy Fer və Mempis Depay qolları ilə Çilini 2:0 hesabı ilə yenərək qrup lideri olub. İlk iki turda uduzan son çempion isə təsəlli qələbəsi qazanıb. Avstraliyanı sınağa çəkən ispanlar 3:0 hesablı qələbə qazanıb. İspaniyanın qollarına David Vilya, Fernando Torres və Xuan Mata vurub.
Qeyd edək ki, A qrupunda mübarizəyə gecə saat 01.00-da başlayacaq iki oyunla yekun vurulacaq. Braziliya Kamerunu, Xorvatiya Meksikanı sınağa çəkəcək.
DÇ-2014
Qrup mərhələsi
23-24 iyun
B qrupu
Avstraliya - İspaniya 0:3
Qollar: David Vilya, 39. Fernando Torres, 69. Xuan Mata, 82.
Avstraliya: Mattey Ryan, Cason Davidson, Mattey Spiranoviç, Ryan Makqovan, Aleks Vilkinson, Oliver Bozaniç (Mark Breşçiano, 72), Mixael Jedinak, Matt Makkay, Mattey Leçki, Adam Taqqart (Ben Halloran, 46), Tomas Oar (Ceyms Troysi, 61).
Ehtiyat oyunçular: Mitçell Lanqerak, Euqene Qalekoviç, Mark Milliqan, Bayley Vriqt, Ceyms Holland, Dario Vidosiç, Massimo Luonqo.
Baş məşqçi: Anje Postekoqlu.
İspaniya: Pepe Reyna, Raul Albiol, Xuanfran, Serxio Ramos, Jordi Alba, Andres İnyesta, Xabi Alonso (David Silva, 83), Koke, Santi Kazorla (Kesk Fabreqas, 68), David Vilya (Xuan Mata, 56), Fernando Torres.
Ehtiyat oyunçular: İker Kasilyas, David de Gea, Cerard Pike, Xavi Martines, Sezar Azpilikueta, Xavi, Pedro, Serxio Buskets, Dieqo Kosta.
Baş məşqçi: Visente del Boske.
Sarı vərəqələr: Mattey Spiranoviç, 88. Mixael Jedinak, 90+2 - Serxio Ramos, 62.
Hakimlər: Navaf Şukralla, Yaser Tulefat, İbrahim Saleh (Bahreyn), Norbert Hauata (Taiti).
Kuritiba. "Arena da Bayksada".
Hollandiya - Çili 2:0
Qollar: Leroy Fer, 77. Mempis Depay, 90+2.
Hollandiya: Casper Killessen, Ron Vlaar, Stefan de Vrij, Daril Canmaat, Nigel de Yonq, Uesli Sneyder (Leroy Fer, 77), Aryen Robben, Qeorqinio Viynaldum, Dirk Kuyt (Terense Konqolo, 89), Jeremain Lens (Mempis Depay, 69).
Ehtiyat oyunçular: Mişel Vorm, Tim Krul, Bruno Martins İndi, Paul Verhaeq, Coel Veltman, Conatan de Quzman, Yordi Klase, Klaas-Jan Huntelaar.
Baş məşqçi: Luis van Qaal.
Çili: Klaudio Bravo, Euqenio Mena, Hari Medel, Qonzalo Yara, Maurisio İsla, Françisko Silva (Xorxe Valdivia, 70), Felipe Qutiyerres (Jean Beauseyur, 46), Çarles Aranquiz, Marselo Diaz, Aleksis Sançes, Eduardo Varqas (Maurisio Pinilla, 81).
Ehtiyat oyunçular: Kristoper Toselli, Conni Herrera, Jose Royas, Miiko Albornos, Karlos Karmona, Arturo Vidal, Jose Fuenzalida, Fabian Orellana, Esteban Paredes.
Baş məşqçi: Xorxe Sampaoli.
Sarı vərəqələr: Daley Blind, 64 - Françisko Silva, 25.
Hakimlər: Bakari Qassama (Qambiya), Evarist Menkouande (Kamerun), Felitsien Kabanda (Ruanda), Coel Aquilar (El Salvador).
San Paulo. "Korintians Arena".
1 | Hollandiya | 3 | 3 | 0 | 0 | 10:3 | 9 |
2 | Çili | 3 | 2 | 0 | 1 | 5:3 | 6 |
3 | İspaniya | 3 | 1 | 0 | 2 | 4:7 | 3 |
4 | Avstraliya | 3 | 0 | 0 | 3 | 3:10 | 0 |
Fanat.az