"Meydana tək hücumçu kimi Tsxadadzenin öz oğlu çıxırdı"

"Meydana tək hücumçu kimi Tsxadadzenin öz oğlu çıxırdı"
"İnter"də çoxlu legionerlər çıxış edirdi. Məsələn, 3 ispaniyalı, iki ftansız futbolçuları vardı. Əla futbolçular idilər və onlardan çox şey öyrəndim". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in sabiq hücumçusu İvo Taborski deyib.
Çex futbolçu Azərbaycandakı həyatla bağlı danışıb: "Orada yaşayış yaxşıdı, şəhər gözəldi, maliyyə baxımından problem yoxdu. Yeni stadionlar, binalar və sair tikilirdi. Çünki 2015-ci ildə orada Avropa oyunları keçiriləcək. Məni təəccübləndirən insanların futbola gəlməməsi oldu. Halbuki, oyunlara giriş pulsuz olurdu. Bakıda futbola maraq yox idi. Beş paytaxt klubu olsa da, onların oyunlarına təxminən 500 azarkeş gəlirdi".
İvo "İnter"in baş məşqçisi Kaxaber Tsxadadzenin yeganə hücumçu kimi oğlu Baçananı oynatdığını bildirib: "Son 1-2 ayda mən ümumiyyətlə oynamırdım. Bəzən sonradan meydana çıxırdım, yarım saat oynayırdım. Komanda 5-4-1 taktikası ilə çıxış edirdi. Meydana isə yeganə hücumçu kimi baş məşqçinin öz oğlu çıxırdı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər