"İki qonşu ölkənin arasını vurmaq istəyən..."

"İki qonşu ölkənin arasını vurmaq istəyən..."

“Oyuna getməmişdim. Amma görüşdən sonra “Çixura”nın futbolçularıyla danışmaq imkanım oldu. Baş verənləri eşidəndə çox üzüldüm. Məncə, bu iyrənc təxribatdı”. Bu sözləri Fanat.az-a açıqlamasında “İnter”in gürcü hücumçusu Baçana Tsxadadze deyib.

“Ağ-göylər”in çalışdırcısı Kaxaber Tsxadadzenin oğlu Avroliqanın 3-cü təsnifat mərhələsinin ilk oyununda - “Neftçi” - “Çixura” matçında “Bakcell Arena”da gürcü azarkeşlərin açdığı təxribatçı xəritə haqda danışarkən əlavə edib: “Günahkarlar cəzasını mütləq almalıdı. Məsələnin kökü araşdırılmalıdı. Yolverilməz təxribatı pisləyirəm. Kiminsə öncədən qurduğu plan Azərbaycan və Gürcüstan xalqının bir-birinə olan münasibətini dəyişə bilməz. İki qonşu ölkənin arasını vurmaq istəyən arzusuna çatmayacaq. Mən belə düşünürəm”.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər