"Bu qədər legionerdənsə, Reynaldonu çağırmaq daha yaxşı olardı"

"Bu qədər legionerdənsə, Reynaldonu çağırmaq daha yaxşı olardı"
"Mən həmişə yığmamızda azərbaycanlı futbolçuların oynamasının tərəfdarı olmuşam. Hər halda bu qədər legionerin yerinə bir səviyyəli oyunçunu çağırmaq daha yaxşı olardı. Bu, mənim şəxsi fikrimdi. Təbii ki, Reynaldonun oynamasının tərəfdarı olardım. O, hazırda əla formadadı və bizə köməyi dəyərdi. Amma buna mən qərar vermirəm. Qoy rəhbərlik, baş məşqçi özü lazım olan qərarı versin". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Vaqif Cavadov deyib.
11 legionerin çağırıldığı millimizin Özbəkistanla oyunda yalnız 4 üzvü himni oxuyurdu. Vaqif Cavadov bununla bağlı da fikirlərini bildirib: "Mən həmişə yığmaya dəvəti fəxrlə qəbul etmişəm və çalışmışam ki, maksimum gücümü meydanda qoyum. Himni oxumayan varsa, buna mən nə edə bilərəm? Yenə də deyirəm ki, mən millidə azərbaycanlı futbolçuların oynamasını istəmişəm. Bundan başqa heç nə deyə bilmərəm. Baş məşqçi onları dəvət edirsə, buna hörmətlə yanaşmaq lazımdı".
azerisport.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər