"Araz" daha bir milli üzvünü sıralarına qatdı

"Araz" daha bir milli üzvünü sıralarına qatdı

Futzal üzrə son illərin əvəzolunmaz çempionu "Araz" Namiq Məmmədkərimovla 1 illik müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, ötən mövsümü "Ekol"un sıralarında keçirən milli komandamızın üzvü 1 illik fasilədən sonra yenidən Naxçıvan təmsilçisinin sıralarına dönüb.

Qeyd edək ki, "Araz" daha öncə Rizvan Fərzəliyev və Rəcəb Fərəczadəni də "Ekol"dan geri qaytarıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər